BMT baş katibi Cenevrə razılaşmasını müsbət qarşılayıb

BMT baş katibi Cenevrə razılaşmasını müsbət qarşılayıb
# 25 noyabr 2013 06:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT baş katibi Cenevrədə İranla “altılıq” ölkələri arasında nüvə razılaşmasının əldə olunmasından məmnundur.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, baş katib Pan Gi Mun anlaşmanı Orta Şərq bölgəsinin xalqları üçün yaxşı nəticə kimi qiymətləndirib.

O, həmçinin tarixi bir razılaşmanın başlanğıcı olan prosesin irəliləməsi üçün anlaşmanı müsbət qarşıladığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR