Azərbaycan Turizm İnstitutunda Ümumdünya Turizm Günü qeyd edilib - FOTO

Azərbaycan Turizm İnstitutunda Ümumdünya Turizm Günü qeyd edilib  - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 15:55 (UTC +04:00)

Bakı – APA. Bu gün BMT-nin İctimai İnformasiya Departamenti Turizm Gününə həsr olunmuş tədbir keçirib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan Turizm İnstitutunda tələbələr və akademik heyətin iştirakı ilə baş tutub.

Tədbirdə günün mahiyyəti ilə bağlı məlumat verilib və Ümumdünya Turizm Gününün builki mövzusu “Turizm və Su: Ortaq gələcəyimizi qoruyaq” barədə təqdimat edilib. Daha sonra BMT baş katibinin mövzuya aid video çıxışı Azərbaycan dilində nümayiş olunub.

Tədbirdə həmçinin Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov və Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Rəhman Səfərov çıxış ediblər.

Qeyd edək ki, Ümumdünya Turizm Günü 1980-ci ildən bəri BMT-nin Beynəlxalq Turizm Təşkilatı (BMBTT) tərəfindən hər il 27 sentyabr tarixində qeyd olunur. Bu tarix 1970-ci ildə BMBTT-nin Nizamnaməsinin qəbul olunduğu gündür. Bu nizamnamənin qəbulu qlobal turizmdə dönüş hesab edilir. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqda məlumatlanmanı artırmaq və bunun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR