Rusiyada millətlərarası məsələlər və miqrasiya siyasəti üzrə ombudsman vəzifəsi yaradıla bilər

Rusiyada millətlərarası məsələlər və miqrasiya siyasəti üzrə ombudsman vəzifəsi yaradıla bilər
# 18 oktyabr 2013 09:07 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiya Federasiyasında millətlərarası məsələlər və miqrasiya siyasəti üzrə ombudsman vəzifəsi yaradıla bilər. APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi xəbərə görə, belə bir təşəbbüslə Rusiya prezidenti yanında millətlərarası əlaqələr üzrə Şura çıxış edib. Şuranın nümayəndələri təşəbbüs barədə oktyabrın 22-də Ufada keçiriləcək iclas zamanı prezident Vladimir Putinə məlumat verməyi planlaşdırırlar. Belə vəzifə təsis edilsə, yeni ombudsman eyni zamanda qanunsuz miqrantların ölkədən çıxarılması ilə bağlı səlahiyyətlərə də malik olacaq.

Millətlərarası əlaqələr üzrə Şuranın üzvü Aslambek Paskaçev bildirib ki, millətlərarası sülh məsələsi ilə bağlı regionlarda monitorinqlər aparılması məsələsi çoxdandır qaldırılır: “Bunun üçün birbaşa prezidentə tabe olacaq və bu məsələləri nəzarətdə saxlayacaq xüsusi bir şəxs lazımdır. Mən bunu dəstəkləyirəm. Ölkədə millətlərarası əlaqələrin dərəcəsini mütəmadi olaraq yoxlamaq lazımdır”.

Şuranın digər üzvü, deputat Viktor Vodolatski isə millətlər və miqrasiya məsələləri üzrə nazirlik təsis edilməsini zəruri sayır: “Prezident yanında yeni vəzifənin təsis edilməsi məsələsi çox ciddidir və bir insan çətin ki, bütün bu sahələri əhatə edə bilsin. Millətlərarası problemlərin həlli üzrə siyasəti müəyyən edəcək nazirlik lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR