Sudan İranla hərbi əməkdaşlıqdan imtina edib

Sudan İranla hərbi əməkdaşlıqdan imtina edib
# 30 may 2014 13:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Sudan İranla hərbi sahədə əməkdaşlıq təklifindən imtina edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sudanın xarici işlər naziri Əli Karti Səudiyyə Ərəbistanında nəşr olunan “əl-Həyat” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəsmi Xartum bu addımı Sudanın Səudiyyə Ərəbistanı ilə əlaqələrini yaxşılaşdırmaq məqsədilə atıb: “İran İsrailin Sudana hava hücumundan sonra bizə Qırmızı dənizin qərb sahillərinə müdafiə sipəri yerləşdirməyi təklif etmişdi. Lakin Sudan bu təklifi qəbul etmədi. Çünki bu layihə üçün iranlı mütəxəssislərin Sudanda olması lazım idi. Biz bu təklifi rədd etdik. Çünki İranın Sudanda olması Səudiyyə Ərəbistanının mənafeyinə zidd olduğundan biz bunu istəmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR