Azərbaycan Valentina Tereşkovanın kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş poçt markası buraxıb - FOTO

Azərbaycan Valentina Tereşkovanın kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş poçt markası buraxıb - <span style="color: red;">FOTO
# 14 iyun 2013 07:27 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti dünyanın ilk qadın kosmonavtının kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş suvenir poçt blokunu dövriyyəyə buraxıb.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkova təxminən 3 sutka davam edən əlamətdar uçuşunu 1963-cü ilin iyunun 16-da «Vostok-6» kosmik gəmisində həyata keçirib. Raket Baykonur kosmodromundan start götürüb.

Blok üzərində V.Tereşkova və «Vostok-6» kosmik gəmisinin təsvirləri yer alıb.

Markanın nominal dəyəri 1 manat, tirajı 20 min suvenir blok təşkil edir.

Qeyd edək ki, BMT-nin poçt idarəsi də V.Tereşkovanın uçuşunun 50 illiyinə həsr olunmuş marka buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR