İranlı sahibkarlar Bakıya gələcək

İranlı sahibkarlar Bakıya gələcək
# 10 dekabr 2013 02:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Yəhya Əli İshaqın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 17-də Bakıya səfər edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının dəvəti əsasında həyata keçiriləcək və dekabrın 21-dək davam edəcək.

İranın 40 nəfərdən ibarət nümayəndə heyətində müxtəlif avadanlıq və materialların istehsalı sahəsində ixtisaslaşmış sahibkarlar və tacirlər yer alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR