Göyçay rayon sakini naməlum şəraitdə ölüb

Göyçay rayon sakini naməlum şəraitdə ölüb
# 18 mart 2014 11:45 (UTC +04:00)

Göyçay. Zahid Abışov - APA. Göyçay rayon sakini naməlum şəraitdə dünyasını dəyişib.

Göyçay Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Ləkçılpaq kəndi ərazisində qeydə alınıb. Rayon sakini 28 yaşlı Həmidov Elşən Eyvaz oğlunun meyiti kənd ərazisindən keçən, təxminən yarım metr dərinliyində olan su arxından tapılıb. Prokurorluqdan o da bildirilib ki, E. Həmidov içki aludəsi və epilepsiya xəstəsi olub. Hazırda onun hansı şəraitdə dünyasının dəyişməsi ilə bağlı araşdırma aparılır. E. Həmidov iki övlad atası olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR