Qazaxıstandan 49 müşahidəçi Azərbaycandakı seçkiləri izləyəcək

Qazaxıstandan 49 müşahidəçi Azərbaycandakı seçkiləri izləyəcək
# 08 oktyabr 2013 11:00 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Qazaxıstan nümayəndələri beynəlxalq müşahidəçilərin tərkibində Azərbaycandakı prezident seçkilərinin müşahidəsində iştirak edəcəklər. APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Mərkəzi Kommunikasiyalar Xidmətinin rəsmi nümayəndəsi Altay Abibullayev deyib.

Ümumən Qazaxıstandan 49 müşahidəçi gələcək. Onlardan 39-u MDB müşahidə missiyasının, 4-ü ATƏT, 1-i Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının tərkibində səsvermənin gedişini izləyəcək. 2 müşahidəçi Qazaxıstan Məclisi və Senatını təmsil edəcək, daha 2 nəfər isə Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR