Ağsu-Kürdəmir yolunda avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Ağsu-Kürdəmir yolunda avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb
# 12 dekabr 2013 09:14 (UTC +04:00)

Ağsu rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən axşam saat 17:00 radələrində Ağsu-Kürdəmir avtomobil yolunun 16-cı km-liyində, Ağsu rayonu ərazisində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1958-ci il təvəllüdlü Məmmədov Faiq Balakişi oğlunun idarə etdiyi “Mitsubishi” markalı maşın aşıb. Nəticədə sürücü və onun həmyerlisi olan sərnişin, 1961-ci il təvəllüdlü Hacıbala Ramazan oğlu Bəkirov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin, 25 yaşlı Araz Əfqan oğlu Baxşəliyev isə ağır vəziyyətdə Ağsu Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, sürücü F.Məmmədov uzun illər polis sistemində çalışıb və bir neçə il əvvəl təqaüdə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR