Baş nazir: “Ermənistan əhalisinin 32,5%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır”

Baş nazir: “Ermənistan əhalisinin 32,5%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır”
# 18 oktyabr 2013 14:27 (UTC +04:00)

APA-nın “Arka” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Tiqran Sarkisyan bildirib.

Onun sözlərinə görə, bunu Dünya Bankın rəsmi statistikası da təsdiqləyir. Baş nazir eyni zamanda əlavə edib ki, gələcəkdə Ermənistanda yoxsulluq səviyyəsi arta bilər: “Bu gün Ermənistan kasıb ölkədir və adambaşına düşən milli gəlirin səviyyəsi cəmi 3 min dollar təşkil edir. Ermənistanda demokratik cəmiyyətin qurulması üçün gərək bu göstərici 12 min dollardan çox olsun. Yalnız bundan sonra ölkədə demokratik cəmiyyət üçün bünövrə yaradılacaq”.

Qeyd edək ki, Ermənistan Maliyyə Nazirliyinin məlumatına əsasən, 2012-ci ildə ölkə əhalisinin 33,1%-i yoxsulluq səviyyəsində yaşayır. Nazirliyin proqnozlarına görə, 2013-cü ildə bu rəqəm 32,1% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR