Gəncə sakininin üzərində narkotik aşkarlanıb

Gəncə sakininin üzərində narkotik aşkarlanıb
# 17 yanvar 2014 09:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakininin üzərinə baxış zamanı narkotik vasitə aşkarlanıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini İsfəndiyar İbrahimov qanunsuz olaraq narkotik vasitə olan tiryək əldə edərək saxlamaqda şübhəli bilindiyi üçün Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib.

Onun əynində olan qara rəngli dəri gödəkçənin içindən kiçik həcmli torbaya bükülmüş, ümumi çəkisi 5 qram olan tiryək və 2 ədəd 5 qramlıq narkotik tərkibli tünd rəngli maye aşkar edilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR