Devid Bekhem avtomobil qəzası törədib

Devid Bekhem avtomobil qəzası törədib
# 27 oktyabr 2013 10:01 (UTC +04:00)

Hadisə nəticəsində zərərçəkən olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qəza D. Bekhemin Los-Ancelesin qərbindəki Beverli-Hillzdə yerləşən malikanəsi qarşısında qeydə alınıb.

Məlumata görə, qəza futbolçunun günahı ucbatından baş verib. D. Behkemin hərəkət zamanı qarşı yola çıxdığı bildirilir.

Nəticədə D. Bekhemin idarə etdiyi “Land Rover” qarşı yolla hərəkət edən, qadın sürücünün idarə etdiyi “Acura” maşını ilə toqquşub. Qəza zamanı futbolçunun 14 yaşlı oğlu Bruklin də avtomobildə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR