«Bank of Baku» nağdsız ödənişlər üzrə lider bank olub - FOTO

«Bank of Baku» nağdsız ödənişlər üzrə lider bank olub - <span style="color: red;">FOTO
# 21 fevral 2014 15:13 (UTC +04:00)

Bakı – APA-Economics. «Bank of Baku» ASC Azərbaycan bankları arasında nağdsız hesablaşmaların artırılmasına ən çox töhfə verən bank kimi qeyd olunub. Azərbaycan Mərkəzi Bankının nağdsız ödənişlər üzrə nominasiyasında «Bank of Baku» I yerdə qərarlaşıb. Hesablanan əmsala görə, plastik kartların sayına münasibətdə ən çox nağdsız əməliyyat məhz «Bank of Baku»nun POS-terminalları və bankomatlarında aparılıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda «Bank of Baku» «Elektron bankçılıq xidmətlərində lider bank» nominasiyasında III yerə layiq görülüb.

Beləliklə, «Bank of Baku» hər iki nominasiya üzrə təltif edilərək xüsusi diplomlar alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR