«Nikoil Bank»ın aktivləri son bir ildə 18% artıb

«Nikoil Bank»ın aktivləri son bir ildə 18% artıb
# 19 noyabr 2013 13:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Nikoil Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 243,864 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,1% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 15,8% artaraq 208,713 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 128,288 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 9,8% çoxdur.

Bankın depozit portfeli son bir ildə 12,3% artaraq 134,312 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 117,080 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 18,2% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 46,0% artaraq 45,722 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,3% artaraq 34,500 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 17,7% artaraq 172 697, o cümlədən fiziki şəxslərin sayı 18,1% artaraq 169 429, hüquqi şəxslərin sayı 2,2% artaraq 3 538 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 10 272-yə bərabər olub ki, bu da illik müqayisədə 2 dəfə azdır. O cümlədən, debet kartların sayı 2,1 dəfə azalaraq 9 295-ə, kredit kartların sayı 23,7% artaraq 977-yə çatıb.


Hazırda bankın ölkə üzrə 17 filialı, 26 bankomatı, 269 POS-terminalı fəaliyyət göstərir. Bankın 532 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR