Azərbaycan vətəndaşlarından Kolumbiyaya giriş və müvəqqəti yaşamaq üçün viza tələb olunmayacaq

Azərbaycan vətəndaşlarından Kolumbiyaya giriş və müvəqqəti yaşamaq üçün viza tələb olunmayacaq
# 15 noyabr 2013 07:31 (UTC +04:00)

Bakı - APA. Noyabrın 22-dən etibarən Azərbaycanın da daxil olduğu bir sıra ölkələrin vətəndaşlarından Kolumbiya Respublikasına giriş və müvəqqəti yaşamaq üçün TP-11, TP-12, TP-13 tipli vizaları tələb olunmayacaq.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyindən Azərbaycanın Meksikadakı səfirliyinə məlumat daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR