Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub
# 02 dekabr 2013 13:12 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 100-150, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan MR aylarında isə 50 faizini təşkil edir.


Dekarın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s, ongünlük normanın 87 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 74 m3/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir.


Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm, Şirvanda 153 sm, Salyanda 115 sm, Bankədə 185 sm, Araz çayının Novruzlu məntəqəsində isə 50 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR