Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçıları müsabiqəsinin I turuna start verilib

 Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçıları müsabiqəsinin I turuna start verilib
# 07 may 2014 16:46 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsinin Bakı şəhər zonası üzrə I turuna start verilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin açılışında nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın bədii təhsili sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi əhəmiyyət kəsb edir.

Müsabiqədə Bakı şəhəri üzrə 150-yə yaxın ifaçı iştirak edir. Burada Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin, İncəsənət Gimnaziyasının, Bülbül adına orta İxtisas Musiqi Məktəbinin, musiqi kolleclərinin, Azərbaycan Milli Konservatoriyasının şagird və tələbələri iştirak edirlər. Onların çıxışlarını xalq artisti, tarzən Ramiz Quliyevin sədrliyi ilə münsiflər heyəti qiymətləndirir.

Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR