Ukraynada jurnalistin döyülməsində günahlandırılan 4 nəfər haqqında 2 aylıq həbs qərarı verilib

Ukraynada jurnalistin döyülməsində günahlandırılan 4 nəfər haqqında 2 aylıq həbs qərarı verilib
# 28 dekabr 2013 08:58 (UTC +04:00)

Bakı – APA. Kiyev şəhərinin Peçora rayon Məhkəməsi jurnalist Tatyana Çornovilin döyülməsi ilə əlaqədar 4 şübhəli şəxs haqqında 2 aylıq həbs qərarı verib. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, məhkəmə iclası dekabrın 28-nə keçən gecə yekunlaşıb.

Qeyd edək ki, dekabrın 25-ə keçən gecə öz avtomobilində Borispoldan Kiyevə hərəkət edən tanınmış jurnalist T. Çornovil onu izləyən avtomobildəki şəxslər tərəfindən döyülüb. Milis fakt üzrə “xuliqanlıq” və “bədənə ağır xəsarətlər yetirmə” maddələri ilə cinayət işi qaldırıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR