Qəbələdə FHN-in “Gənc xilasedici və yanğınsöndürənlər” yarışlarının final mərhələsi keçirilib - FOTOSESSİYA - VİDEO - VİDEO

Qəbələdə  FHN-in “Gənc xilasedici və yanğınsöndürənlər” yarışlarının final mərhələsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">VİDEO
# 03 iyun 2014 20:09 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yarışlar Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə Qəbələdə FHN-nin Şimal-qərb Regional Mərkəzində təşkil edilib.

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir. Yarış orta və ümumtəhsil müəssisələrinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət olub. Yarışda birincilik uğrunda yarış haqda əsasnaməyə uyğun olaraq beş mərhələdə, “Manelər zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə Şimal-qərb Regional Mərkəzin dislokasiya zonasına daxil olan 10 rayonun (Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) məktəblər arası-rayon turunda qalib olmuş komandaları mübarizə aparırdılar.

Tədbir iştirakçıları ilk öncə mərkəzin inzibati ərazisində ucaldılan Heydər Əliyevin büstü önünə güllər qoyaraq onun xatirəsini yad ediblər. Daha sonra yarış açıq elan olunub. Dövlət Himni səsləndirildikdən sonra komandaların kapitanlarının hazırlıq haqda məruzələri dinlənilib. Sonra çıxış edən natiqlər komandaları salamlayaraq yarışda onlara uğurlar, sağlam mübarizə arzulayıblar. Gərgin mübarizə və yüksək idman əhval-ruhiyyəsi ilə başa çatan yarışda münsiflər heyətinin qərarı ilə ümumi nəticəyə görə “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyində İsmayıllı rayonunun komandası 1-ci, Qobustan rayonunun komandası 2-ci, Qax rayonunun komandası 3-cü yerləri tutaraq yarışın kuboklarını qazanıblar. Yarışda fərqlənmiş komandalar Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi və Qəbələ Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif olunub. I və II yeri tutan İsmayıllı və Qobustan rayonlarının komandaları Heydər Əliyevin 91 illik yubileyi münasibətilə keçiriləcək "Gənc xilasedici və yanğınsöndürən" ümumrespublika yarışlarında iştirak etmək hüququ əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR