Qaradağda azyaşlı qızın əli ətçəkən maşında qalıb

Qaradağda azyaşlı qızın əli ətçəkən maşında qalıb
# 15 oktyabr 2013 22:46 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 15-də axşam saatlarında Qaradağ rayonunda azyaşlı uşağın əli ətçəkən maşında qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 21:28-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR