Samir Şərifov: «Gələn il pensiyaların maliyyələşdirilməsi 6% artırılacaq»

Samir Şərifov: «Gələn il pensiyaların maliyyələşdirilməsi 6% artırılacaq»
# 06 noyabr 2013 09:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin layihəsində dövlət sosial müdafiə və pensiya xərclərinin 14% artırılması nəzərdə tutulub. «APA-Economics»in məlumatına görə, bunu 2014-cü ilin dövlət icmal büdcəsinin layihəsinin bu gün parlamentin komitələri səviyyəsində müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.


Onun sözlərinə görə, dövlət büdcəsindən pensiya xərcləri üçün 1,142 mlrd. manat ayrılacaq ki, bu da cari il ilə müqayisədə 65 mln. manat (6%) çoxdur.


Nazir qeyd edib ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən 2,5 mln. manatın, sahibkarlığın güzəştli kreditləşdirilməsinə 150 mln. manatın, kənd təsərrüfatının inkişafı üçün isə «Aqrolizinq» ASC-yə 35 mln. manatın ayrılması planlaşdırılır.


S.Şərifov vurğulayıb ki, Azərbaycanın xarici dövlətlərdəki 57 səfirlik, 9 baş konsulluq və beynəlxalq təşkilatlar yanında nümayəndəliklərin maliyyələşdirilməsi və beynəlxalq tədbirlərdə iştirakı üçün 20 mln. manat nəzərdə tutulub: «Gələn ildən regionların maliyyələşməsi proqramına uyğun olaraq Sumqayıt, Şirvan, Mingəçevir, İmişli rayonlarına dövlət büdcəsindən cari xərclər üçün vəsait ayrılmayacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR