Bakıda neft mühəndisliyi üzrə ixtisasartırma kursunun açılışı olub - FOTO

Bakıda neft mühəndisliyi üzrə ixtisasartırma kursunun açılışı olub - <span style="color: red;">FOTO
# 13 may 2014 09:02 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Bakıda "Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar" mövzusunda 5-ci ixtisasartırma kursunun açılışı olub.

APA-nın məlumatına görə, kurs mayın 21-dək davam edəcək.

Kurs 5-ci dəfə Azərbaycan Dövlət Neft Akadrmiyasında keçirilir. Builki tədbirdə Azərbaycan, Malayziya, Vyetnam, Küveyt, Çin, Hindistan, Meksika, Kolumbiya, Yəmən və Sudandan 20 nəfər mütəxəssis iştirak edir.

Təlimlərdə Azərbaycanın neft üzrə aparıcı alimləri ilə yanaşı tanınmış beynəlxalq ekspertlər mühazirə deyəcəklər.

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Əşrəf Şıxəliyev bildirib ki, keçirilən kurslar yeni imkanlar açacaq, həm faydalı, həm də maraqlı olacaq. O, Kolumbiya hökumətinə artıq 4-cü dəfə tədbirə sponsor kimi qatıldığına görə öz minnətdarlığını bildirib.

Tədbir çərçivəsində "Neftin, qazın geotexnoloji problemləri və Kimya" Elmi Tədqiqat İnstitutu ilə xarici təhsil ocaqları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə elmi tədqiqatların aparılması üzrə bir sıra anlaşma memorandumlarının imzalanacağı gözlənilir.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA), Küveyt Elmi Tədqiqatlar İnstitutunun (KiSR) və Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutu ilə birgə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR