Ketrin Eşton martın 8-də İrana səfər edəcək

Ketrin Eşton martın 8-də İrana səfər edəcək
# 03 mart 2014 07:53 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi martın 8-də İrana səfər edəcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ketrin Eşton martın 9-da Tehranda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bir araya gələcək. Martın 10-da isə AB rəsmisinin İsfahan şəhərinə səfəri nəzərdə tutulub.

Qeyd edək ki, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı yanvarın 12-də keçirdiyi mətbuat konfransında K.Eştonun Tehrana səfərə dəvət edildiyini açıqlayıb.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İran xarici işlər naziri ilə yanvarın 31-də Münhendə keçirdiyi görüşdə isə bu ziyarəti münasib zamanda həyata keçirəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR