Dow Jones indeksi 1,2%, S&P 500 0,7%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 1,2%, S&P 500 0,7%, Nasdaq 0,4% enib
# 23 sentyabr 2013 06:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 15 451 bəndədək, S&P 500 0,7% - 1 710 bəndədək, Nasdaq 0,4% - 3 775 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsi Federal Ehtiyat Sistemi tərəfindən iqtisadiyyatın stimullaşdırılması proqramının azaldılması ilə bağlı ehtimalların güclənməsi fonunda baş verib.

Avropa fond bazarlarında sentyabrın 20-də FTSE 100 indeksi 0,4% - 6 596 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 676 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 204 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 3,3% azalaraq 1 320,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3526 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR