Vəkilləri Rauf Mirqədirovla görüşüblər

Vəkilləri Rauf Mirqədirovla görüşüblər
# 12 may 2014 14:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkillər Elmar Süleymanov və Fuad Ağayev bu gün həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüblər.

Bu barədə APA-ya məlumat verən vəkil Elmar Süleymanov bildirib ki, R. Mirqədirovun vəziyyəti yaxşıdır: “Özünü yaxşı hiss edir. İstintaqın gedişində hər hansı yenilik yoxur. Bu günə kimi istintaq orqanı hər hansı sübut təqdim etməyib. Ona ailə üzvləri ilə görüşə, telefon danışığı yaratmağa, öz istəyi ilə qəzet, jurnal almağa imkan vermirlər. Bununla bağlı müstəntiq İbrahim Ləmbəranskinin qərarı bizə təqdim olunub. Həmin qərarda Rauf Mirqədirova ailə üzvləri ilə görüşə, telefon danışığı yaratmağa qadağa qoyulduğu qeyd edilib. Lakin qadağanın hansı səbəbdən qoyulduğu tam əsaslandırılmayıb. Qərar mayın 7-də verilib. Lakin Rauf Mirqədirov tutulduğu gündən bu günə kimi görüşə və telefon danışığına icazə verilməyib. Biz bu qərardan məhkəməyə şikayət verəcəyik”.

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR