“Nar Mobile” “Azerbaijan Art Festival-2014” layihəsini dəstəkləyir

“Nar Mobile” “Azerbaijan Art Festival-2014” layihəsini dəstəkləyir
# 01 iyul 2014 15:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda “Azerbaijan Art Festival-2014” layihəsi həyata keçiriləcək.

APA-Economics”in xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Baku Creative Center” yaradıcılıq mərkəzi, "Azərfon" şirkətinin ("Nar Mobile" ticarət nişanı) baş sponsorluğu ilə ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Şəmkir rayonunda sərgilər və rəssamlar tərəfindən ustad dərsləri keçiriləcək.

Ustad dərslərində sənətə marağı olan hər bir kəs iştirak edə bilər. “Azerbaijan Art Festival-2014”ün iştirakçıları Novruz Məmmədov, Fərəc Rəhmanov, Erkin Ələkbərli, Lamiyə Mehdiyeva, Gülnarə Kuzukova olacaqlar.

Qeyd edək ki, ötən il “Azerbaijan Art Festival-2013” layihəsi həyata keçirilib. Keçən ilki turnedə Salyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı, Xaçmaz və Sumqayıtda sərgi və ustad dərsləri təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR