Bakıda şirkət əməkdaşı barədə cinayət işi açılıb

Bakıda şirkət əməkdaşı barədə cinayət işi açılıb
# 28 yanvar 2014 14:55 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ləzzət Qida Sənaye” MMC-nin Bakı şəhər anbar filialının əməkdaşının qanunsuz hərəkətləri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı 2012-2013-cü illərdə cəmiyyətin Bakı şəhər anbar filialının satış təmsilçisi işləmiş Namiq Vəliyevin hesabında 37.0 min manat çatışmazlığın aşkar edilməsində əsaslı şübhələr olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR