Balakəndə həmkəndlisinin qəbrini təhqir edən şəxs saxlanılıb - VİDEO

Balakəndə həmkəndlisinin qəbrini təhqir edən şəxs saxlanılıb - <span style="color: red;">VİDEO
# 13 sentyabr 2013 16:58 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə həmkəndlisinin qəbrini təhqir edən və məzara zərər verən şəxs saxlanılıb. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 9-da Şərif kənd sakini, 1974-cü il təvəllüdlü Elayev Elşad Əhməd oğlu polisə müraciət edərək bildirib ki, onun mərhum atasının qəbrinin üzərində təhqiramiz hərəkətlər edilib və məzar daşına zərər yetirilib. Bu hal 2013-cü il ərzində bir neçə dəfə təkrar olunub. Övladları naməlum şəxs tərəfindən dağıdılan qəbir daşını bir neçə dəfə bərpa ediblər.

Sentyabrın 13-də Balakən RPŞ-nin əməkdaşları tərəfindən Şərif kənd qəbrisanlığında xüsusi əməliyyat keçirilib. Məzarlığa veb kamera yerləşdirilib. Nəticədə həmin hadisənin 1938-ci il təvəllüdlü Balakən rayonunun Şərif kənd sakini Qarabaltayev Murtuzəli Məhəmməd oğlu tərəfindən törədildiyi müəyyən edilib. M. Qarabaltayev saxlanılıb. O, istintaqa verdiyi ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib və qisas almaq üçün bu yola əl atdığını bildirib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR