Azərbaycanda gigiyenik normalara əməl etməyən 31 obyekt bağlanıb

Azərbaycanda gigiyenik normalara əməl etməyən 31 obyekt bağlanıb
# 22 avqust 2013 09:30 (UTC +04:00)

Bundan başqa, 31 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 23 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1037, mikrobioloji göstəricilərinə görə 956, toksikoloji göstəricilərinə görə 182, radioloji göstəricilərinə görə 36 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 24-də orqanoleptik və fiziki-kimyəvi, 20-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2647 yaxma nümunəsi, 10 soyuq qəlyanaltı nümunəsi götürülüb, 58 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

İyul ayı ərzində əhali arasında 229 qida zəhərlənməsi hadisəsi baş verib, 241 nəfər zərərçəkən olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR