Azərbaycanda nəqliyyatda yükdaşıma tarifləri ucuzlaşıb, sərnişindaşıma bahalaşıb

Azərbaycanda nəqliyyatda yükdaşıma tarifləri ucuzlaşıb, sərnişindaşıma bahalaşıb
# 06 sentyabr 2013 14:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,8% bahalaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 0,9%, idxal üzrə 0,2% və yerli əlaqə üzrə 2,1% ucuzlaşıb, tranzit üzrə isə 2,1% bahalaşıb.

Dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrə yükdaşıma tarifləri 5,7% ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,8%, digər xarici ölkələrə isə 5,2% bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,1% bahalaşıb. Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 7,8% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR