Fikrət Məmmədov: “Yol qəzaları ilə bağlı işlər araşdırılarkən məhkəmələr tərəfindən qanun pozuntularına yol verilir”

Fikrət Məmmədov: “Yol qəzaları ilə bağlı işlər araşdırılarkən məhkəmələr tərəfindən qanun pozuntularına yol verilir”
# 15 noyabr 2013 09:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Yol qəzaları və onların nəticələri insanları narahat edir”.

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin Plenumunda çıxışında ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir bildirib ki, bu sahədə Azərbaycanda kompleks tədbirlər görülür: “Ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzalarının göstəriciləri yüksəkdir. Bu cür cinayət işləri araşdırılarkən məhkəmələr tərəfindən bir sıra qanun pozuntularına yol verilir”.

F. Məmmədovun sözlərinə görə, bunun nəticəsidir ki, ötən dövr ərzində Məhkəmə Hüquq Şurası tərəfindən 39 hakim ciddi intizam məsuliyyətinə cəlb olunub, 4 hakimin səlahiyyətinə xitam verilib, 6 hakimin iş yeri dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR