NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi çərçivəsində növbəti görüş keçirilib

NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi çərçivəsində növbəti görüş keçirilib
# 28 aprel 2015 15:56 (UTC +04:00)

Bakı – APA. Aprelin 28-də NATO-nun mənzil-qərargahında NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib. Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, NATO-nun üzv və dəvət olunmuş bir sıra tərəfdaş ölkələrin rəsmiləri, həmçinin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyinin mütəxəssislərinin iştirakı ilə keçirilmiş görüş zamanı Azərbaycanda aparılan müdafiə islahatları, hərbi təlim və tədris, NATO qüvvələri ilə uyarlılıq, həmçinin ikitərəfli tərəfdaşlığa aid digər məsələlər müzakirə edilib və Azərbaycanın əməkdaşlıq sahəsində apardığı səylər və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinə daxil olan mütəxəssislərin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyi, həmçinin alyansın bir neçə üzv və tərəfdaş ölkələrin rəsmiləri ilə spesifik əməkdaşlıq sahələrin müzakirəsi məqsədilə ikitərəfli işçi görüşləri də baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR