“VTB (Azərbaycan)” kiçik və orta biznes üçün kredit portfelinin həcmini artırıb

“VTB (Azərbaycan)” kiçik və orta biznes üçün kredit portfelinin həcmini artırıb
# 16 iyul 2014 09:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü il iyul ayının 1-nə “Bank VTB (Azərbaycan)” ASC-nin kiçik və orta biznesin kreditləşməsinə dair portfelinin həcmi 73,1 mln. manata çatıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə olan müqayisədə üç dəfə çoxdur.

“VTB (Azərbaycan)” bu ilin I yarısında ölkənin kiçik və orta biznes nümayəndələrinə 29,3 mln. manat kredit verib. Qeyd edək ki, 2013-cü ilin II rübünün sonunda biznesin kreditləşməsinin həcmi 12,7 mln. manat olub.

“Bank VTB (Azərbaycan)”ın kiçik və orta biznes idarəsinin rəisi Bəhruz Camalov deyib ki, bazarın inkişaf tendensiyasını nəzərə alaraq, bank kiçik və orta biznesin inkişafında fəal iştirak edir: “Cari ilin sonuna biznes kreditləşmə üzrə portfelin həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyik. Qeyd edək ki, 2012-ci ildə biz bu bazara 2 milyon manatlıq kredit portfeli ilə daxil olmuşduq və SME-kreditləşmə bazarının kifayət qədər rəqabət qabiliyyətli olmasına baxmayaraq, əhəmiyyətli nəticələr əldə etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR