Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 01 iyun 2015 11:15 (UTC +04:00)

Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tranzit çaylarda hazırkı vəziyyət İyunun 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 377 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 324 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, qeyd olunub ki, iyunun 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqələrində 20, Araz çayının Novruzlu məntəqəsində 12 sm azalma, Surrada 6, Bankədə isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 310 sm (2014-cü il iyunun 01-də 315 sm), Şirvanda 133 sm (2014-cü il iyunun 01-də 147 sm), Salyanda 70 sm (2014-cü il iyunun 01-də 72 sm), Bankədə 179 sm (2014-cü il iyunun 01-də 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2014-cü il iyunun 01-də 33 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR