Mətbuat Şurasının sədri BSU-da tələbələrlə görüşüb - FOTO

Mətbuat Şurasının sədri BSU-da tələbələrlə görüşüb - <span style="color: red;">FOTO
# 02 oktyabr 2014 14:08 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakı Slavyan Universitetində (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

Şuradan APA-ya verilən məlumata görə, BSU-nun Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı Səfər Məmmədov tələbələrlə belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini bildirib. S.Məmmədov Azərbaycan jurnalistikası üçün peşəkar kadrların yetişdirilməsində BSU-nun rolunu xüsusi vurğulayıb.

Tələbələr qarşısında “Müasir medianın inkişaf xüsusiyyətləri və perspektivlər” mövzusunda mühazirə ilə çıxış edən Ə. Amaşov Azərbaycanda KİV-in fəaliyyəti, inkişaf istiqamətləri və gələcək layihələr barədə məlumat verib.

Çap mediası ilə bərabər hazırda elektron medianın sürətlə inkişaf etdiyini xatırladan Əflatun Amaşov mövcud sahədəki durumdan söz açıb: “XXI əsr informasiya əsridir. Statistik rəqəmlərə görə, hazırda Azərbaycanda əhalinin 70 faizinin internetə çıxışı var. Bu mənada insanların informasiya əldə etmək imkanları daha da genişlənir. Çap mediası ilə yanaşı, elektron KİV də sürətlə inkişaf edir. Bu ilin iyul-avqust aylarında cəbhə xəttində gərginlik müşahidə edildi. Məhz həmin ərəfədə bəzi media orqanlarının, xüsusilə internet saytların qeyri-peşəkar xəbər siyasəti diqqət çəkdi. Hərbi texnikaların hərəkəti, yerdəyişməsi və sairə ilə bağlı verilən informasiyalar, yayılan məlumatlar böyük təcrübəsizliyin nəticəsi idi”.

Mətbuat Şurasının sədri jurnalistikada peşəkarlığın artırılması sahəsində görülən işlərdən də bəhs edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR