Azərbaycanda vergidən yayınan şirkət rəhbəri beynəlxalq axtarışa verilib

Azərbaycanda vergidən yayınan şirkət rəhbəri beynəlxalq axtarışa verilib
# 08 avqust 2015 10:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 52 yaşlı Azər Rəhimov Azərbaycan Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi ilə ittiham olunur. A. Rəhimov ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, A. Rəhimov “Energo Kompleks” MMC-nin rəhbəri olub. O, külli miqdarda vergidən yayındığı üçün Azərbaycandan qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR