Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var
# 28 sentyabr 2015 07:00 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Seyidlər kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı avtomobilin kəndin yaxınlığında aşması nəticəsində iki nəfər kənd sakini, 1964-cü il təvəllüdlü İntizar Xəlilov və 1971-ci il təvəllüdlü Nazim İmanov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR