Aprel ayı ərzində 144 partlamamış hərbi sursat, 3 ədəd tank, 34 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Aprel ayı ərzində 144 partlamamış hərbi sursat, 3 ədəd tank, 34 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib
# 06 may 2015 07:17 (UTC +04:00)

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 144 PHS, 3 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 486 minaaxtaran mütəxəssis, 115 nəfərlik yardımçı heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 284 700 992 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 104-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin aprel ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR