Türkiyənin müdafiə naziri: "Qafqazda sülhün ilk şərti Ermənistanın Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasıdır"

Türkiyənin müdafiə naziri: "Qafqazda sülhün ilk şərti Ermənistanın Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasıdır"
# 31 oktyabr 2015 07:37 (UTC +04:00)

Ankara. Mayis Əlizadə - APA. “Türkiyə ilə Azərbaycan çox da uzaq olmayan zaman məsafəsində Şərqin ilk cümhuriyyətlərini elan etmiş iki qardaş ölkədir".

Bunu Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətilə ölkə prezidentinin keçirdiyi qəbulda APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin milli müdafiə naziri Vəcdi Gönül deyib.

Azərbaycan torpaqlarının hələ erməni işğalı altında qalmasına toxunan nazir bu məsələnin daim Türkiyənin diqqətində olduğunu vurğulayıb: "Qafqazda sülh və əmin-amanlıq istəyən hər kəs bilməlidir ki, bunun ilk şərti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasıdır. Türkiyə bundan sonra da bölgəyə ədalətli sülh gəlməsi üçün çalışacaq. İnşallah, hər şey yaxşı olacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR