Avropa diplomatiyasının rəhbəri İrana səfər edəcək

Avropa diplomatiyasının rəhbəri İrana səfər edəcək
# 20 iyul 2015 22:54 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Federika Moqerini bunu Aİ xarici işlər üzrə Şurasının iclasından sonra mətbuat konfransında bildirib.

“İranla sazişin icrası mərhələsində mən, ali nümayəndə kimi, əsas funksiyanı üzərimdə saxlayacağam. Mən birgə komissiyanı əlaqələndirəcəyəm və biz bu saziş çərçivəsində ilk addımları dəstəkləmək üçün artıq işləməyə başlamışıq. Mən tezliklə Tehrana səfər etmək niyyətindəyəm”, deyə Moqerini bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Tehran və “altılıq” arasında İranın nüvə proqramına dair əldə olunan sazişi dəstəkləyən qətnamə qəbul edib.

Sənəd Tehranın üzərinə götürdüyü öhdəliklərin icra olunduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təsdiq edildikdən sonra BMT Təhlükəsizlik Şurasının xətti ilə İrana qarşı tətbiq edilmiş sanksiyaların tam ləğv olunmasını nəzərdə tutur.

Sənəddə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası İran məsələsinin baxılmasını sazişin qüvvəyə minməsindən 10 il sonra dayandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR