Bakıda iki nəfər dənizdə boğulub, bir nəfər xilas edilib

Bakıda iki nəfər dənizdə boğulub, bir nəfər xilas edilib
# 27 iyun 2016 10:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda dənizdə 2 nəfər boğulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 25-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakinləri Nurlana Qədirova boğulub, qızı Həmidə Əliyeva isə xilas edilib.

İyunun 22-də çimmək məqsədilə dənizə tullanmış Fərid İsmayıllının meyiti isə iyunun 25-də Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR