Xalq artisti Ramiz Novruz Ramiz Məlikdən üzr istəyib

Xalq artisti Ramiz Novruz Ramiz Məlikdən üzr istəyib
# 25 avqust 2015 11:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz həmkarı Ramiz Məlikdən üzr istəyib.

Bu barədə APA-ya məlumat verən R. Məlik qeyd edib ki, aralarında olan münasibətə aydınlıq gətiriblər: “Ramiz Novruz məndən üzr istədi, məsələ həll olundu. Mən böyüklük və ağsaqqalıq elədim, şikayətimi geri götürdüm. Mənə qarşı hansı hörmətsizliyi etmişdisə, söyüşləri söymüşdüsə, geri götürdü, xahiş etdi ki, onu bağışlayım”.

R. Məlik əlavə edib ki, R. Novruzun Akademik Milli Dram Teatrının qarşısında üzr istəməyinə ehtiyac qalmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR