Ölümlə nəticələnən yol qəzası törədən sürücünün məhkəməsi başlayıb

Ölümlə nəticələnən yol qəzası törədən sürücünün məhkəməsi başlayıb
# 28 iyun 2016 12:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Bəxtiyar Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da saat 09 radələrində Goranboy rayonunun Rəhimli kəndində rayon sakini Bəxtiyar Eyvazov idarə etdiyi “Renault” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

B.Eyvazovun sərnişini - Bakı şəhər sakini Roman Məmmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR