Bank Of Baku

DYP 15–22 iyun tarixlərini “Piyadalar, diqqətli olun!” həftəsi elan edib

DYP 15–22 iyun tarixlərini “Piyadalar, diqqətli olun!” həftəsi elan edib
# 16 iyun 2026 09:20 (UTC +04:00)

Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, piyada intizamının artırılması və yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə işinin genişləndirilməsi məqsədilə 15–22 iyun tarixlərində respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında Hərəkətin Təhlükəsizliyi Həftəliyi elan olunub.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Həftəliyin keçirilməsində əsas məqsəd piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yol hərəkəti iştirakçıları arasında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, həmçinin piyadaların yol hərəkəti qaydalarına riayət etməsinin vacibliyi barədə maarifləndirmə işinin daha da gücləndirilməsidir.

Həftəlik çərçivəsində piyadaların daha çox hərəkət etdiyi ərazilərdə profilaktik və maarifləndirici tədbirlər həyata keçiriləcək, yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai məlumatlandırma işləri genişləndiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR