Rusiyada ötən ilin oktyabrında Mİ-8 vertolyotunun qəzaya uğradığı yerdə 11 nəfərin cəsədi tapılıb

Rusiyada ötən ilin oktyabrında Mİ-8 vertolyotunun qəzaya uğradığı yerdə 11 nəfərin cəsədi tapılıb
# 12 avqust 2015 08:33 (UTC +04:00)

Bakı - APA. Ötən ilin oktyabrında Rusiyanın Tuva vilayətində Mİ-8 vertolyotunun qəzaya uğradığı ərazidə 11 nəfərin cəsədi tapılıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, hazırda ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

Xatırladaq ki, vertolyot 2014-cü ilin oktyabrında qəzaya uğrayıb. Mi-8-in göyərtəsində 6-sı sərnişin olmaqla, ümumilikdə 12 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR