Bakıda II İllik Xəzər Texniki konfransı keçirilir - FOTO

Bakıda II İllik Xəzər Texniki konfransı keçirilir - <span style="color: red;">FOTO
# 04 noyabr 2015 06:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) II İllik Xəzər Texniki konfrans və sərgisi öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, tədbir həm regional, həm də dünya miqyasında karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı sahəsində texniki məsələ və layihələrə həsr edilib.

Konfrans neft-qaz sahəsində mütəxəssislərin geniş dairəsinin iştirakını nəzərdə tutur və əlaqələrin yaradılmasına, qabaqcıl təcrübə və novator ideyaların mübadiləsinə müstəsna imkanlar yaradır.

Tədbir 2014-cü ildə Astanada keçirilən konfransın ardıdır və Neft-qaz Mühəndisləri Cəmiyyətinin Xəzər neft-qaz şirkətlərinin dəstəklənməsi məqsədilə regionda proqram və tədbirlərin, texniki resursların genişlənməsi planlarına əsaslanır. Konfransın proqramı mütəxəssislərin tematik iclaslarından və texniki sessiyalardan ibarətdir. Onların keçirilməsi zamanı bilik, qabaqcıl təcrübə və iş təcrübəsi mübadiləsi üçün məruzələr təqdim ediləcək.

Bu konfrans regional xarakter daşıyır və həm Xəzər regionu nümayəndələrindən, həm də bütün dünyadan iştirak haqqında təkliflər qəbul etməyə hazırdır.

Konfrans zamanı qazma və tamamlama, süni qaldırma vasitələri, qazma və tamalanma işləri: praktiki problemlər, yeni konsepsiyalar və texnologiyalar, ətraf mühitə nəzarət, geologiya və Petrofizika: neft layının dərk edilməsi, təkmilləşdirilmiş neft hasilatı metodları/neft hasilatının artırılması metodları, kompleks geoloji tədqiqatlar, istehsalatın optimallaşdırılması, hasilatın proqnozlaşdırılması və modelin tənzim edilməsi, yatağın təsviri və dinamikası, yataqla bağlı praktiki misallar və yatağın idarə edilməsi, yatağın geoloji və fiziki xüsusiyyətləri və modelləşdirilməsi istiqamətlərdə texniki sessiyalar aparılacaq.

Həmçinin risklərin idarə edilməsi və qərar qəbul edilməsi, aktiv və qiymətli kağız çantasının idarə edilməsi, beynəlxalq dənizlərə çıxışı olmayan Xəzər dənizində işlənmələr və əməliyyatlar, qumla mübarizə, obyektin bütövlüyü, HP(20k): Qazma, quyunun quruluşu və tamamlama, dinamik modelləşdirilmənin əsas vəzifələri, quyu divarının dayanıqlığı və xam mal qiymətinin Xəzər dənizinin neft iqtisadiyyatına təsiri istiqamətlərdə texniki sessiyalar baş tutacaq.

Qeyd edək ki, II İllik Xəzər Texniki konfrans və sərgisi ilk dəfə Qazaxıstanın paytaxtı Astanada keçirilib. Konfrans 3 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR