Avropa çempionatının seçmə mərhələsində IV turun oyunları keçirilib - NƏTİCƏLƏR

Avropa çempionatının seçmə mərhələsində IV turun oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 14 noyabr 2014 23:28 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turun ilk matç günündə D, F və İ qrupunun iştirakçıları mübarizə aparıb.

2014-cü ilin son seçmə görüşü Gürcüstanda başlayıb. Burada D qrupunun lideri Polşa meydan sahibləri ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə qonaqlar gürcülərin qapısından 4 cavabsız top keçirib.

III pillədə qərarlaşan son dünya çempionu Almaniya debütant Cəbəllütariqlə üz-üzə gəlib. Bu matçda da azarkeşlər 4 qola şahidlik ediblər. Bundestim rəqibini darmadağın edib – 4:0.

İrlandiya Şotlandiyaya evdə 1:0, Rumıniya Şimali İrlandiyaya 2:0, Macarıstan Finlandiyaya 1:0 və Farer adaları isə səfərdə Yunanıstanı eyni hesabla (0:1) qalib gəlib.

Qeyd edək ki, millimizin yer aldığı H qrupunun komandaları noyabrın 16-da meydana çıxacaq. Yığmamız Bakıda Norveçlə üz-üzə gələcək. Matç saat 21:00-da başlayacaq.

AVRO-2016-nın seçmə mərhələsi

14 noyabr

D qrupu

Gürcüstan – Polşa - 0:4

Almaniya – Cəbəllütariq - 4:0

Şotlandiya – İrlandiya - 1:0

F qrupu

Yunanıstan – Farer adaları - 0:1

Macarıstan – Finlandiya - 1:0

Rumıniya – Şimali İrlandiya - 2:0

İ qrupu

Serbiya – Danimarka - 1:3

Portuqaliya – Ermənistan - 1:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR