Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilib

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilib
# 02 oktyabr 2014 14:40 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli vətəndaşlar müsabiqəyə dəvət olunur.


Müsabiqədə iştirak etmək arzusunda olanlar ərizələrini Ədliyyə Nazirliyin inzibati binasına və regional ədliyyə şöbələrinə təqdim edə və ya nazirliyin elektron poçtuna ([email protected]) göndərə bilərlər.


Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir. Ərizə formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az), nazirlikdən və ya regional ədliyyə şöbələrindən əldə etmək mümkündür.


Qaydalara əsasən test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulub.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Qeyd edək, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarında işləmək istəyən şəxslər üçün sentyabrın 17-dən növbəti müsabiqə elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR