Bakıda dələduzluq edən şəxs tutulub

Bakıda dələduzluq edən şəxs tutulub
# 29 mart 2013 09:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda bir neçə nəfəri aldadaraq pulunu alan şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə tutulan Dilafət Xəlilovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, onun 2012-ci ilin iyul-avqust ayları ərzində Bakı şəhərində yaşayan Laçın rayon sakinləri Vüqar Məmiyevin, Kamil Məmiyevin və Bakı şəhər sakini Xəyyam Ağayevin etimadlarını qazanaraq, müvafiq olaraq onlardan 3.000, 6.500 və 6.800 manat pul alması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR