Ötən il Azərbaycanda qaz hasilatı proqnozu artıqlaması ilə yerinə yetirilib

Ötən il Azərbaycanda qaz hasilatı proqnozu artıqlaması ilə yerinə yetirilib
# 25 fevral 2015 11:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il ərzində Azərbaycanda 28 826,0 mln. kubmetr proqnoza qarşı 29 575,6 mln. kubmetr qaz hasil edilib. Bu da qaz hasilatı ilə bağlı proqnozun 749,6 min kubmetr artıqlaması ilə yerinə yetirilməsi deməkdir.

APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin yanacaq-energetika kompleksində görülmüş işlər barədə 2014-cü il üzrə hesabatında dərc edilib.

Hesabata görə, hasil olunan qazın 7 237,9 mln. kubmetr Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), 12 488,7 mln. kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG), 9 849,0 mln. kubmetri “Şahdəniz” yatağının payına düşür.

Ötən il AÇG-dən hasil olunan təbii qazın 602,0 mln. kubmetr proqnoza qarşı 873,9 mln. kubmetri “Çıraq” yatağından, 1027,0 mln. kubmetr proqnoza qarşı 758,7 mln. kubmetri “Qərbi Çıraq” yatağından, 4577,0 mln. kubmetr proqnoza qarşı 4677,5 mln. kubmetri “Mərkəzi Azəri” yatağından, 3240,0 mln. kubmetr ton proqnoza qarşı 3435,6 mln. kubmetri “Qərbi Azəri” yatağından, 1872,0 mln. kubmetr proqnoza qarşı 1 351,0 mln. kubmetr “Şərqi Azəri” yatağından, 1060,0 mln. kubmetr proqnoza qarşı 1392,0 min kubmetr “Dərinsulu Günəşli” yatağında hasil edilib.

Hasil olunan qaz proqnozdan SOCAR üzrə 227,9 mln. kubmetri, AÇG üzrə isə 110,7 mln. kubmetr, “Şahdəniz” üzrə 411,0 mln. kubmetr çox olub.

Qeyd edək ki, 2014-cü il ərzində yeraltı qaz anbarlarına 1 299,8 mln kubmetr proqnoza qarşı 1 853,1 mln. kubmetr, yəni proqnozdan 553,3 mln. kubmetr çox qaz vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR